PİPLİFE MMC

Haqqımızda
"Piplife mmc" Məhdud Məsuliyyətli Cəmiyyəti 20 ildən artıqdır ki, plastik məhsulların istehsalçıları arasında lider olmaqdadır. Məhsulların yüksək keyfiyyətlə istehsal edilməsi, sifarişlərin vaxtında icrası, sərfəli qiymətlər, yüksək keyfiyyətli servisin göstərilməsi, istehlakçılara diqqətli və etibarlı yanaşma müəssisənin şüarı və müvəffəqiyyətinin rəhnidir. Müasir Dünya və Avropa avadanlıqlarından istifadə edilməsi, mütərəqqi texnologiya və üsulların tətbiqi istehsalı çevik və sürətli etməklə yüksək keyfiyyətli, az məsrəfli və rəqabət qabiliyyətli məhsul istehsal etməyə imkan verir.
Kənd təsərrüfatı və tikintidə istifadə edilən polietilen örtüklərin, kənd təsərrüfatı məhsulları üçün kisələrin, istidaraldıcı örtüklərin, sadə və flesko çap üsuli ilə paket və torbaların, plastik qabların, manikenlərin, ərzaq və qeyri ərzaq, maye, dənəvər məhsullar üçün tutumların və müxtəlif diametrli və təyinatlı plastik boruların istehsalı müəssisənin əsas fəaliyyət istiqamətləridir.
"Piplife mmc" MDB, Almaniya, Türkiyə, İran, Macarıstan, Çin, Koreya və BƏƏ kimi ölkələrin firmaları ilə sıx əlaqələri daima genişləndirilməkdədir. 2000 –dən artıq ,o cümlədən, "Azərsun Holdinq", "Paşa Holdinq", "Nurgün Holdinq", "Norm" MMC, "Basf", "Palsüd"MMC, "Atena"MMC, "İnter Textil", "Baltika Baku" MMC, "Coca-Cola Bottlers", "Aqua-Vita", "Embawood mebel", "Mətanət A", "Oriflame", "FAB boya"MMC, Sobsan boyaları, "Sevimli dad", "Göyçay süd" SC, " Bərdə süd zavodu", "Aznar" MMC, və digər tanınmış istehsalçı və ticarət subyektləri ilə səmərəli əməkdaşlıq edilir. Sifarişçilərlə səmimi əməkdaşlıq münasibətlərinin yaradılması, daimi yüksək keyfiyyətli məhsul istehsalı, çevik ödəmə şərtləri, birbaşa əlaqənin olması, məhsulun ünvana çatdırılması müştərilərimizə ən sərfəli şərtlərlə xidmət göstərməyə imkan yaradır.

Bizim məhsullar
Keyfiyyət təminatı
Bütün mallar sertifikatlaşdırılmışdır
You can choose a rate which would be comfortable for you
Çatdırılma vaxtında
Malların vaxtında çatdırılması və göndərilməsi
Piplife mmc sənayesinin liderlərindən biridir
Azərbaycan respublikasında plastik məhsullarının aparıcı istehsalçısıdır
Əməkdaşlığımız
Əməkdaşlığımız zamanı vədlərini vaxtında və səmərəli yerinə yetirən etibarlı tərəfdaş olduğunuzdan əmin olduq. Təchiz olunan polimer qabların keyfiyyəti və şirkətinizin təqdim etdiyi unikal təkliflər bizi çox təəccübləndirdi.

Müəssisəmizdə istismar müddətində müəssisəniz tərəfindən verilən "ət və balıq məhsulları qutuları" rekord yüksək etibarlılıq dərəcəsinə və sıfır çatışmazlıq dərəcəsinə malikdir.
Yüksək keyfiyyət
Yüksək keyfiyyətli məhsul tədarükünə görə "Piplife" mmc-yə təşəkkürümüzü bildiririk. Şirkətiniz tərəfindən tədarük olunan polimer "Çörək qutuları" mütəxəssislərimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Çatdırılan qablaşdırmanın keyfiyyəti və performans xüsusiyyətləri ehtiyaclarımızı tam ödəyir.

Texniki və ticarət mütəxəssislərimiz tərəfindən hazırlanmış xüsusi qablaşdırma üçün təklifləriniz xüsusilə dəyərlidir. Hər bir müştəriyə fərdi yanaşma bu yüksək rəqabətli bazarda danılmaz üstünlüyünüzdür.
  • Azərbaycan            +99451-557-74-26
This site was made on Tilda — a website builder that helps to create a website without any code
Create a website